Bakıda piyadanı maşın vurub öldürüb.
Musavat.com-un Lent.az-a istinadla məlumatına görə, hadisə Xəzər rayonu ərazisində, Qala-Pirallahı yolunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Vüqar Əliyev idarə etdiyi “Audi Q7” markalı, 10-TY-515 dövlət nömrə nişanlı maşınla 40-45 yaşlı kişini vurub.
Nəticədə hələlik şəxsiyyəti məlum olmayan şəxs hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.