Bakıda ana dörd uşağını parkda qoyaraq sevgilisi ilə gedib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da məlumat yayıb.
Onun sözlərinə görə, uşaqların ən kiçiyi 5-6 aylıqdır.
Uşaqların şəkilləri qısa müddət ərzində sosial şəbəkələrdə yüzlərlə insan tərəfindən paylaşılıb. Onları tanıyanlardan ictimai birliyə müraciət etmələri xahiş olunub.
Uşaqların atalarının və digər yaxın qohumlarının kimliyi bəlli deyil.