Bakıda ana 3 övladı ilə birgə YOXA ÇIXDI

Bakıda ana və 3 övladı itkin düşüb.

Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan 34 yaşlı Quliyeva Mənzər Hümbət qızı övladları - 11 yaşlı Tuqay, 8 yaşlı Rəcəb və 7 yaşlı Sadiqlə birgə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə qadının atası polisə müraciətində bildirib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır. (lent.az)

04.01.2025 15:50
719