Bakıda altıotaqlı ev yanıb

Bakıda altıotaqlı ev yanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli altıotaqlı evin bir otağında bir ədəd çarpayı və bir ədəd dolab yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

07.04.2024 23:51
537