Bakıda ahıl kişini dilənməyə məcbur edirlər? - VİDEO

Bakıda Binəqədi rayonu ərazisində ahıl bir şəxsin dilənçiliyə məcbur edildiyi iddia olunub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, ahıl qocanın hər gün səhər saatlarından "Karl Marks" dairəsi yaxınlığında əraziyə gətirildiyi deyilib. Axşam saatlarında isə onun yığdığı pulu başqa bir şəxsin götürdüyü bildirilib.

Məsələ ilə bağlı BAKU.WS saytı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Qurumun Mətbut Xidmətindən bildirilib ki, tüfeyli həyat tərzi sürən şəxsin müvafiq qaydada sığınacağa yerləşdirilməsi üzrə tədbirlər görülür.

15.09.2024 00:51
649