Bakıda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və yaralanan var

Bakının Binəqədi rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Balaxanıda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

15.10.2023 02:51
749