Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu, Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Musavat.com-a verilən xəbərə görə, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Bakıda Böyükşor gölü yaxınlığında baş verən qəzada 3 nəfər ölüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İlkin məlumata görə, "Shacman" markalı yük avtomobili və "Volkswagen" markalı minik avtomobili toqquşub.
***
Bakıda Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Minik və yük avtomobilləri toqquşub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.