Bakıda ağır qəzaya düşən müğənninin DƏHŞƏTLİ KADRLARI YAYILDI

Müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb.

Çənə və üzündə bir çox sümüklər qırılıb. Talehin ən böyük zərbə aldığı həyati təhlükə daşıyan nahiyəsi isə kəllə hissəsidir. Gənc ifaçının kəllə nahiyəsində də bir çox sümüyün qırıldığı bildirilir.

Xəstəxanada Talehin ilk görüntüsü və onun dəhşətli vəziyyətini çarəsizcə izləyən atanın ürəkdağlayan kadrlarını təqdim edirik:

Qeyd edək ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına ("Semaşko") yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır./titul.az

20.09.2024 10:17
1255