Bakıda AĞIR QƏZA - Ölən var

Bakıda minik maşını yük avtomobilinə çırpılıb, ölən var.

Hadisə Qala-Pirallahı yolunda qeydə alınıb. Fərəcullayev Maarif Arif oğlunun idarə etdiyi "Shacman" markalı yük maşını yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn "Kia Rio” markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü 1984-cü il təvəllüdlü Aslanov Mehdi Rauf oğlunun hadisə yerində ölüb.

Fakt araşdırılır.//APA

03.08.2024 10:20
905