Bakıda 82 yaşlı kişini avtomobil vurub.
APA xəbər verir ki, hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Ruslan Baxışovun idarə etdiyi "Toyata Prius" markalı avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Əliqulu Mustafayevi vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.