Bakıda 8 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumat görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb.

Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

13.11.2023 12:14
436