Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq

Bakının Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Musavat.com

29.01.2025 20:08
498