Bakıda 69 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Zabrat qəsəbəsində avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Hümbətova Səyyarə Sarı qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

23.09.2022 02:53
808