Bakıda 62 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası olub

Bakıda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Babayeva Ziyafət Xandadaş qızı xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.\\report.az

28.05.2024 08:29
515