Bakıda avtomobil qadını vurub.
Hadisə 8-ci mikrorayon ərazisi olan Cəfər Xəndan küçəsində qeydə alınıb.
Qəza ilə bağlı TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 06.05.2024-cü il tarixində saat 16:06 radələrində piyada vurma səbəbilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Nəticədə təxminən 50 yaşlarında şəxs (qadın cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.