Bakıda 5 yaşlı uşaq faciəvi şəkildə öldü

Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən çoxmərtəbəli binanın eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Fakt araşdırılır.//APA

09.02.2024 18:26
913