Bakıda 44 yaşlı kişini avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 1979-cu il təvəllüdlü İbrahimov Xalid Mirzəhəsən oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

13.03.2023 08:48
383