Bakıda 40 yaşlı kişi qətlə yetirildi, saxlanılan var - YENİLƏNİB

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

***

Bakıda 40 yaşlı kişi qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Musavat.com

31.12.2023 09:45
2271