Bakıda elektron qəlyan satılan mağazaların birində oğurluq hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Səbail rayonu ərazisində "Sahil" metorsunun yaxınlığındakı mağazada qeydə alınıb.
İddiaya görə, 4 nəfər qabaqcadan əlbir olaraq mağazaya gəliblər. Onlar özlərini elektron qəlyan alan kimi təqdim ediblər. İçlərindən biri satıcı ilə danışarkən digərləri dəyəri 230 AZN olan 5 ədəd elektron qəlyanı oğurlayıblar.
Görüntülər mağazadakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Kadrları olduğu kimi təqdim edirik: