Bakıda 36 yaşlı qadını əri öldürdü - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda baş verən qətlin detalları məlum olub.

Musavat.com "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ağır cinayət səhərə yaxın paytaxtın Binəqədi rayonu “Motodrom” adlanan ərazidə yerləşən fərdi evdə baş verib. Rayon prokurorluğuna 36 yaşlı Zülfiyyə Xamoyevanın öldürülməsi barədə məlumat daxil olub. İstintaq qrupu hadisə yerinə cəlb edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qadının ər-arvad münasibətində olduğu 42 yaşlı Qədir Qasımov saxlanıb. O, istintaqa ilkin ifadəsində qadını yatdığı yerdə bıçaqlayaraq qətlə yetirdiyini bildirib.

Zülfiyyə Xamoyevanın anasının sözlərinə görə, qızı bir müddətdir iki uşağı ilə onun yanında qalırmış.

Mərhumun bacısı Sima Cavadova isə bildirib ki, Zülfiyyə Xamoyeva onunla birlikdə Nərimanov rayonunda yerləşən iaşə obyektində qabyuyan işləyib. İddia edilir ki, Qədir Qasımov hadisəni qısqanclıq zəminində öldürüb.

Qədir Qasımov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

03.11.2023 00:29
2086