Dekabrın 27-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş ver verib.
Araşdırma aparılır.
***
05.23
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə Mirzə Uluqbəy küçəsində baş verib.
1990-ci il təvəllüdlü Əliyev Etibar Yusif Çermet qəsəbəsi kimi ərazidə tanışı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb. Yaralı çoxlu qanitirmədən dünyasını dəyişib.
Ölən şəxsin yaxını Baloğlan Vəzirov APA-ya bildirib ki, E.Əliyev sərxoş vəziyyətdə olub. “Əmi” ləqəbi ilə tanınan şəxsin ünvanına qeyri-etik söz işlədib. Həmin şəxs məhz buna görə onu bıçaqlayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.
Meyit müayinə edilməsi üçün morqa təhvil verilib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.