Bakıda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Sabunçu rayonunda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Həziyeva Səmayə Vahid qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya catdırılıb.

Faktla bağlı araşdırma aparılır.

07.01.2023 04:06
368