Bakıda 30 yaşlı kişi ürəyindən bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, Keşlə qəsəbəsində dava zamanı 1993-cü il təvəllüdlü Quliyev Anar Mayis oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ürək nahiyəsindən bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti ağırdır.

Hadisənin təfərrüatı araşdırılır.

10.04.2024 03:24
996