Bakıda 3 yaşlı körpənin mədəsində görün nə tapıldı - FOTO

Bakıda körpənin mədəsində yad cisim aşkarlanıb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün paytaxt ərazisində olan özəl klinikalardan birində qeydə alınıb. 3 yaşlı körpənin müayinəsi zamanı gözlənilməz hal ortaya çıxıb.

Belə ki, azyaşlının mədəsində yad cisim, şurup parçası aşkar edilib.

Məlum olub ki, körpə şurup qırığını götürərək burnuna qoyub. Daha sonra metal cisim burun-udlaq vasitəsilə qida borusuna, oradan isə mədəyə düşüb.

Musavat.com

02.04.2022 12:37
1235