Bakıda 3 piyada xəstəxanalıq oldu

Bakıda piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi olub.

Hadisələrdən ikisi Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Aynur Aprel qızı Abdullayeva yolu keçərkən motosiklet onu vurub. Digər hadisə zamanı isə 1975-ci il təvəllüdlü Rəqsanə Tahir qızı Həsənovanı avtomobil vurub.

Üçüncü hadisə Sabunçu rayonunda baş verib. 2004-cü il təvəllüdlü İlyas Nəsimi oğlu Hüseynov yolu keçərkən avtomobil onu vurub.

Hər üç piyada xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı araşdırmalar aparılır. (Report)

20.08.2024 09:17
330