Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonu, Ulduz metrostansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Soltanov Əli Azər oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol qolun kəsilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.