Bakıda 24 yaşlı ərəb turist qəfil öldü

Bakıda Səudiyyə Ərəbistanından olan turist qəfil vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 1998-ci il təvəllüdlü Almadui Mateb Saeed iyulun 25-də Tbilisidən təyyarə ilə iki dayısı ilə birgə turist kimi Bakıya gəlib.

Onlar “Baku Renesiance Palaze” hotelində məskunlaşıblar. Lakin iyulun 26-da mehmanxanada olarkən 24 yaşlı Matebin halı qəfil pisləşib. O, “Leyla Medical Center”ə çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq 24 yaşlı turist vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

27.07.2022 10:31
864