Bakıda 23 yaşlı motosikletçini avtomobil vurub

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1999-cu il təvəllüdlü Babazadə Ülvi Seymur oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

25.12.2022 03:17
375