Bakının Sabunçu rayonunda mübahisə zəminində 23 yaşlı gənc oğlan bıçaqlanıb.
"Report"un məlumatına görə, Balaxanı qəsəbəsində 1999-cu il təvəllüdlü Qarabəyli Ağabəy Mehman oğlu mübahisə zəminində yaşadığı evdə bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona ağ ciyər nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.