Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Bülbül prospekti ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində 2 "Toyota Prius" markalı minik avtomobil toqquşub.
Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.