Bakıda 2 rəfiqəni avtomobil vurdu: onların vəziyyəti...

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Məmmədlin Jalə Fərman qızı və eyni yaşda olan onun rəfiqəsi Nuriyeva Diana Vuqar qızını vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onlara bədənin və baş nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır./report

13.09.2024 12:25
396