Bakıda 2 qadın eyni səbəbdən öldü

Bakıda daha iki nəfər dəm qazından boğulub.

Hadisələrdən biri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı aidiyyəti üzrə rayon prokurorluqlarında araşdırma aparılır. /Lent.az

16.12.2024 22:53
1120