Bakıda 2 ay 25 gün əvvəl betona çırpılan mopedin sürücüsü ölüb

Bakıda 2 ay 25 gün əvvəl yol qəzasında xəsarət alan moped sürücüsü ölüb.

"Report" xəbər verir ki, bu il avqustun 9-da 2002-ci il təvəllüdlü Fərid Paşazadə idarə etdiyi mopedlə Atatürk prospekti ilə hərəkət edərkən "Gənclik tuneli"in girişində beton maneəyə çırpılıb. Nəticədə Fərid Paşazadə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq ötən gün Fərid Paşazadə müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

06.11.2024 10:36
240