Bu gün 1995-ci ildə Bakı metropoliteninin "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə baş vermiş metro qəzasından 27 il ötür.
Sosial şəbəkələrə qəza nəticəsində ölənlərin dəfn mərasimindən arxiv kadrları yayılıb.
Görüntülər 27 il öncə - 29 oktyabr 1995-ci ildə lentə alınıb.
Qeyd edək ki, həmin gün tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb.
Sözügedən görüntüləri təqdim edirik: