Bakının Yasamal rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 2003-cü il təvəllüdlü Hüseynova Lalə Rövşən qızı yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.