Bakıda 18 min 400 manat dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Nəsimi rayonu ərazisində bir nəfər 18400, digəri isə 100 manat dələduzluqda şübhəli bilinir.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

30.10.2024 10:54
383