Bakıda yeniyetmə qız qazdan zəhərlənib.
Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verib.
17 yaşlı Aysel Əli qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.