Bakıda 16 yaşlı qız YOXA ÇIXDI

Bakıda 16 yaşlı qız itkin düşüb.

Hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 16 yaşlı Ə.Q. iyunun 21-də yaşadığı evdən çıxaraq gedib, bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə 40-cı polis bölməsinə məlumat verilib.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir./Lent.az

24.06.2024 19:55
927