Bakıda 16 yaşlı oğlan itkin düşüb.
Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisə avqustun 17-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Hüseynov Elşad Həbib oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.