Bakıda 16 yaşlı gənc xəstəxanalıq oldu

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2008-ci il təvəllüdlü Ağayev Əli Yusif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

26.07.2024 10:51
575