Bakıda 16 yaşlı gənc bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb.

“Report”un məlumatına görə, Nizami rayonunda mübahisə zəminində 2006-cı il təvəllüdlü İdrisov Şamil Novruz oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.

Ş. İdrisovun dediyinə görə onu tanımadığı şəxs bıçaqlayıb. Hadisənin təfərrüatı araşdırılır.

08.05.2022 04:04
781