Bakıda 15 yaşlı yeniyetmənı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 2007- ci il təvəllüdlü Namazov Oruc Nəsimi oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

14.04.2022 01:54
379