15 yaşlı qız uşaq evindən qaçıb. Musavat.com xəbər verir ki, hadisə 3 saylı uşaq evində baş verib.
13.08.2009 təvəllüdlü N.A ( ad şərtidir) mühafizəçilərin gözündən yayınaraq internatı tərk edib.
Buna səbəb kimi Sosial Xidmətlər Agentliyinin qızı anasına verməsi olub. Az müddət sonra övladını idarə edə bilməyən ana azyaşlını yenidən 3 saylı uşaq evinə qaytarıb. Həmin ərəfədə qızla ana arasında mübahisə olub. Nəticədə qız uşaq evindən elə ananın gözü qarşısında qaçıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com- a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə azyaşlı tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Şahanə Rəhimli
Musavat.com