Bakıda 15 yaşlı iki qız itkin düşüb

Bakıda iki yeniyetmə qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Musayeva Zəhra Ehtiram qızı və Musayeva Zeynəb Ehtiram qızı yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanıb.

30.12.2022 11:33
506