Bakının Xəzər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Hacıyeva Xədicə Ceyhun qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralıda komatoz vəziyyət müşahidə olunub.
Hadisənin təfərrüatı araşdırılır.