Bakıda 12 yaşlı uşağı avtomobil vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Abbaszadə Rəhim Rəşad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.\\"Report"

11.06.2023 03:03
441