Bakıda 10 yaşlı uşağı avtomobil vurub

Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü X.X.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

30.10.2024 08:57
244