Bakı-Sumqayıt yolunda dəhşətli anlar - Yaşlı kişi can verdi - VİDEO

Bu gün axşam Bakı-Sumqayıt yolunda yaranan tıxacın səbəbi məlum olub.

BAKU.WS-in əməkdaşının verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunda, Masazır dairəsinə çatmamış keçidin yanında yaşlı kişini maşın vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə səbəbindən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

23.08.2024 00:06
915