Bakı-Şamaxı yolunda avtomobil qadını vurub öldürdü

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Mollayeva Ceyran Mayıl qızı yolu keçərkən onu minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

26.11.2023 10:19
661