Saat 00-dan etibarən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Geomaqnit qasırğası orta həddə olacaq.
Musavat.com BAKU.WS-a istinadən xəbər verir ki, geomaqnit qasırğası səhər 06-dan etibarən bir qədər zəifləməyə başlayacaq. Ancaq günorta 15:00-dan etibarən isə yenidən güclənəcək. Bakıda müşahidə olunacaq geomaqnit qasırğanın oktyabrın 7-si 21:00-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Bu linkə daxil olaraq geomaqnit qasırğanın insan orqanizminə mənfi təsirini azaltmaq üçün həkim məsləhəti ilə tanış ola bilərsiniz.